Dek 14, 2018 18:52 Asia/Baku
  • Suriya prezidenti on altı mindən çox ordu fərarisini əfv edib
    Suriya prezidenti on altı mindən çox ordu fərarisini əfv edib

Suriya prezidenti terrorizmlə savaş gedişində qanunsuz surətdə ordunu tərk etmiş bu ölkənin ordu qüvvələrindən on altı min beş yüz nəfəri əfv edib.

Suriya hərbi məhkəməsinin sədri Muhəmməd Ğəncu Həsən deyib: Suriya prezidenti Bəşşar Əsədin cari il oktyabrın 9-da əfv fərmanı verdiyi zamandan bəri ordu fərariləri əfv xahişi üçün hərbi məhkəmə idarəsinə gəliblər.

O, bildirib ki, ordu fərariləri fərmanın verilməsindən sonra dörd ay müddətinə öz əfv ərizələrini yazılı şəkildə təqdim etmək fürsətinə malikdirlər və ölkədən çıxmış kəslər üçün bu möhlət altı ay nəzərdə tutulubdur. O, əlavə edib: Ordu qüvvələri əfvi alandan 24 saat sonra öz bölmələrinə qayıda bilərlər.

Suriya prezidenti cari il oktyabrın 9-da bir fəman verərək, ordudan qaçmış bütün fərarilərin əfv edilməsi göstərişini verdi. Bu göstəriş ədalətin əlindən qaçanlara şamil olmur.

Teqlər