Məhəmməd Əli Husi: Əl-Hudəydədə atəşkəsin dəqiq zamanı müəyyən edildi
Yəmənin Ali İnqilab Komitəsinin sədri deyib: BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi Əl-Hudəydədə atəşkəsin icraya qoyulacağı zamanın dəqiq tarixini İsveç sülh müzakirələrində iştirak edən müzakirə heyətinə təqdim edib.
Əl-Aləm kanalının bildirdiyinə görə, Məhəmməd Əli Husi deyib: Martin Qrifits Əl-Hudəydədə atəşkəsin nə zamandan etibarən icra olunacağı tarixi müəyyən edib.
Yəmənin Ali İnqilab Komitəsinin sədri atəşkəsin hansı tarixdən qüvvəyə minəcəyinə işarə etməyib.
Yəmənin Ənsarullah Hərəkatının müzakirə heyətinin üzvü Səlim Məğləs də BMT və beynəlxalq ictimaiyyətdən İsveç sülh müzakirələrində əldə edilmiş anlaşmaya əməl etmələri üçün Ərəbistan və Birləşmiş Ərəb Əmirliklərinə təzyiqin göstərilməsini istəyib və deyib: Əl-Hudəydədə cərəyan edən hadisələr Ərəbistanın başçılıq etdiyi koalisiyanın sülh müzakirələrinə sadiq olmadığını sübut edir.
Yəmənin silahlı qüvvələrinin sözçüsü Yəhya Səriyin dediyinə görə, Ərəbistanın başçılıq etdiyi koalisiya İsveç müzakirələrinin başa çatmasından sonrakı ilk 24 saat ərzində Yəmənin qərb sahillərini ağır artilleriya və qırıcı-bombardmançı təyyarələr ilə hədəfə alıb.
Ərəbistanın başçılıq etdiyi koalisiya şənbə günü də "7 iyul" məntəqəsini 15 ədəd top mərmisi ilə hədəfə alıb.
Yəmənli qruplar arasındakı sülh müzakirələrinin dördüncü mərhələsi 6 dekabrda BMT-nin nəzarəti altında İsveçdə start götürmüşdü. Bir həftə davam edən müzakirələrin sonunda tərəflər bəzi məntəqələrdə o cümlədən Əl-Hudəydə liman şəhərində atəşkəsin bərqərar edilməsinə dair razılığa gəldilər.