Dek 17, 2018 19:29 Asia/Baku
  • Qətərin xarici işlər naziri: Ərəbistan və BƏƏ regionda gərginlik amilləridirlər
    Qətərin xarici işlər naziri: Ərəbistan və BƏƏ regionda gərginlik amilləridirlər

Qətərin xarici işlər naziri Ərəbistan və Birləşmiş Ərəb Əmirliklərinin bəzi region ölkələrində şübhəli fəaliyyətləri himayə etdiklərini deyərək, onların məqsədinin regionda gərginlik yaratmaq olduğunu bildirib.

İRNA-nın məlumatına görə, Qətərin xarici işlər naziri Şeyx Məhəmməd Bin Əbdürrəhman Ali-Sani CNBC telekanalına verdiyi müsahibədə Ərəbistanın Qətəri mühasirədə saxlamasını, Yəmənə qarşı işğalçılıq siyasətini və Livanın baş naziri Səəd Həririni həbs etməsini tənqid edib və deyib: Ər-Riyad regionda gərginlik yaratmaq ardıncadır.

Qətərin xarici işlər naziri həmçinin, Birləşmiş Ərəb Əmirliklərinin Liviyada dövlət çevrilişini dəstəkləməsini, Somalidə böhran yaratmasını və Yəməndə təfriqəyə səbəb olmasını da tənqid edib və deyib: Əmirliklər Yəməndə Əl-Qaidə terrorçularına pul verərək, onlardan bəzi məkanları boşaltmalarını istəyir, sonra da bu məntəqədə qələbə çaldıqlarını elan edirlər. Halbuki, ABŞ terrorizm ilə mübarizədə Əmirlikləri Vaşinqtonun müttəfiqi adlandırır.

Teqlər