Yəmənin Əl-Ğil şəhərinin sakinləri Səudiyyə qırıcıları tərəfindən bombardman edildi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i331046-yəmənin_Əl_Ğil_şəhərinin_sakinləri_səudiyyə_qırıcıları_tərəfindən_bombardman_edildi
Səudiyyə qırıcıları öz cinayətlərinin davamında Yəmənin şimalında yerləşən Əl-Cəvf vilayətindəki Əl-Ğil şəhərini bombalayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 25, 2018 14:46 Asia/Baku
  • Yəmənin Əl-Ğil şəhərinin sakinləri Səudiyyə qırıcıları tərəfindən bombardman edildi
    Yəmənin Əl-Ğil şəhərinin sakinləri Səudiyyə qırıcıları tərəfindən bombardman edildi

Səudiyyə qırıcıları öz cinayətlərinin davamında Yəmənin şimalında yerləşən Əl-Cəvf vilayətindəki Əl-Ğil şəhərini bombalayıblar.

Yəmənin Əl-Məsirə informasiya kanalının verdiyi məlumata görə, təcavüzkar səudiyyə qüvvələri Yəmənin qərbində, Əl-Hudəydə vilayətinin 16-cı kilometr məntəqəsində yerləşən Əl-Hali şəhərini də atəşə tutublar.

Yəmən ordusu və xalq qüvvələrinin artilleriya bölməsi də təcavüzkarların cinayətlərinə cavab olaraq Ərəbistanın Cizan vilayətində yerləşən Əl-Həsirə məntəqəsində Səudiyyə h ərbçilərinin mövqelərini atəşə tutublar.

Yəməndəki təcavüzkar səudiyyə qüvvələri 21 dekabr 2018-ci ildə BMT-nin atəşkəsə nəzarət heyətinin Əl-Hudəydə şəhərinə daxil olmasına və Yəmənin önəmli limanlarında atəşkəslə bağlı 2451 saylı qətnaməyə rəğmən, öz cinayətlərini davam etdirirlər.

BMT-nin didərginlər üzrə konsulluğu bir hesabat yayaraq, bildirib: 400 nəfər vəba xəstəliyi 295 nəfər isə oxşar xəstəliklər üzündən 2018-ci ildə həyatını itirib.

Ərəbistanın Yəmənə olan hücumları nəticəsində bu ölkənin səhiyyə sisteminin çökməsi Yəməndə yolxucu xəstəliklərin sürətlə yayılmasına səbəb olub.