Səudiyyəlilər və İspaniyanın sabiq kralı rüşvətxorluqda ittiham edildilər
İspaniyanın keçmiş kralı və Səudiyyə başçıları bir səs yazısının ifşa edilməsinin ardınca rüşvətxorluqda ittiham olunublar.
Əl-Qüds Əl-Ərəbinin məlumatına görə, İspaniyanın məhkəmə sistemi İspaniyanın polis zabitlərindən biri ilə İspaniyanın keçmiş kralı Xuan Karlosun alman dostu Korinna Zu Sayn Vitqenştayn ilə danışığına dair səs yazısının ifşa edilməsinin ardınca Məkkə-Mədinə sürət qatarı layihəsinə dair İspaniyanın keçmiş kralı və bəzi Səudiyyə rəsmiləri barədə rüşvətxorluğa dair araşdırmalara başlayıb.
Vitqenştayn bu səs yazısında deyir: Xuan Karlos Məkkə-Mədinə sürət qatarı layihəsindəki vasitəçiliyi müqabilində rüşvət alıb.
Bu rüşvətin məbləği 80 milyon avro elan edilib. Bu pul layihəni icra edən şirkətlər tərəfindən Karlosa və Səudiyyə rəsmilərinə ödənilib.
İstaniyanın keçmiş kralı Xuan Karlos 2014-cü ildə krallıqdan kənara çəkilib.