Qəzzənin şimalında fələstinli bir uşaq şəhid olub
"Qayıdış Haqqı" yürüşündə İsrail höərbçilərinin atəş açması nəticəsində yaralanan fələstinli bir uşaq yaralarının ağırlığı üzündən bu gün şəhid olub.
Təsnim xəbər agentliyinin bildirdiyinə görə, Fələstinin Səhiyyə Nazirliyi bu gün bildirib: Qəzzə zolağında yerləşən Cəbaliya düşərgəsinin sakinlərindən olan Əbdürrəuf İsmayıl Salihə adlı fələstinli uşaq cümə günü "Qayıdış Haqqı" yürüşündə İsrail hərbçilərinin atəş açması nəticəsində yaralanmışdı.
Bazar günü də Xan Yunus sakini olan Ənvər Məhəmməd Qədih adlı fələstinli gənc aldığı yaraların ağırlığı üzündən şəhid olub. Bu fələstinli gənc də cümə günü "Qayıdış Haqqı" yürüşündə İsrail hərbçilərinin atəş açması nəticəsində xəsarət almışdı.
Qayıdış Haqqı yürüşü ötən ilin 30 mart tarixindən etibarən hər cümə günü Qəzzə zolağı ilə işğal edilmiş Fələstin əraziləri arasındakı sərhəd məntəqədə keçirilir.
Fələstinin Səhiyyə Nazirliyinin bildirdiyinə görə, indiyə kimi bu aksiyalarda 255 fələstinli şəhid olub, 26 min nəfər də yaralanıb.