Qaşıqçının qətlində İsrailin casusluq proqramının izləri
Camal Qaşıqçının qətlə yetirilməsindən öncə ona qarşı casusluqda İsrailin casusluq proqramından istifadənin edildiyini deyən mütəxəssislər məxfi agentlər tərəfindən hücuma məruz qalırlar.
Asoşeyted Press-in bildirdiyinə görə, ötən iki ayda yalançı kimlik ilə özünü ictimai məsələlərdən agah investorlar kimi qələmə verən məxfi agentlər iki dəfə İsrailin casusluq proqramları və fəaliyyətlərini ifşa etməklə məşğul olan "Citizen Lab" internet müşahidəçiləri qrupunun üzvləri barədə sorğular həyata keçiriblər.
Mütəxəssislərin dediklərinə görə, hər iki halda məxfi şəkildə onların fotoşəkilləri və video-görüntüləri çəkilib.
"Citizen Lab" intenret müşahidəçiləri qrupu Toronto Universitetinin Mank Dünya Məsələləri İnstitutunda fəaliyyət göstərir. Bu qrup illərdir ki, dövlət üçün çalışan hakerlərin ifşa edilməsinə çalışır. Son zamanlar İsrailin "NSO Grup" adlı İsrailin casusluq proqramını kəşf ediblər.
2018-ci ildə "Citizen Lab" qrupu bildirmişdiki, Qaşıqçıya yaxın şəxslərdən birinin "iphone" mobil telefonu NSO Grup adlı hakerlər tərəfindən virusa yoluxdurulubmuş.
Jurnalist Camal Qaşıqçı 2018-ci ilin oktyabrında Ərəbistanın İstanbuldakı konsulluğunda amansız şəkildə qətlə yetirilib.