Fev 10, 2019 10:36 Asia/Baku
  • Bəhreyndən BMT TŞ-ə şikayət edib
    Bəhreyndən BMT TŞ-ə şikayət edib

Qətərin BMT-dəki daimi nümayəndəsi ölkəsinin hava məkanını pozmasına görə, Bəhreyndən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına şikayət edib.

Əliya Əhməd bin Seyf Ali-Sani Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubda qeyd edib ki, Bəhreynin bir ədəd qırıcısı 2018-ci il dekabrın 27-də icazə almadan Qətərin hava məkanına daxil olubdur.

Qətərin BMT-dəki daimi nümayəndəsi öz məktubunda bu təşkilatın nizamnaməsinə əsasən, beynəlxalq sülh və təhlükəsizliyin qorunması və Bəhreynin məqsədyönlü təcavüzünə son qoymaq üçün BMT-nin lazımi ölçülər götürməsini istəyibdir.

Bu məktubda Bəhreynin Qətərin hava məkanını pozmaq üzrə hərəkətlərinin davam etməsinə işarə olunub. Məktubda deyilir: Manamanın bu hərəkətləri beynəlxalq qanunların aşkar şəkildə pozulması və regionda gərginlik yaratmaq üzrə səylərin davam etməsi deməkdir.

Doha bundan öncə də Qətərin hava məkanını pozmasına görə, əmirliklərdən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına şikayət etmişdi.

Ərəbistan, əmirliklər, Misir və Bəhreyn son aylarda müxtəlif üsullarla Qətəri təzyiq altında qoymaq məqsədini güdürlər.

 

Teqlər