"Qayıdış Haqqı" yürüşlərinin 49-cu cüməsində 34 yaralı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i335906-qayıdış_haqqı_yürüşlərinin_49_cu_cüməsində_34_yaralı
Fələstinin Qırmızı Aaypara Cəmiyyəti cümə günü axşam "Qayıdış Haqqı" yürüşlərinin 49-cu cüməsində 34 fələstinlinin yaralanmasından xəbər verdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 02, 2019 07:30 Asia/Baku
  • "Qayıdış Haqqı" yürüşlərinin 49-cu cüməsində 34 yaralı

Fələstinin Qırmızı Aaypara Cəmiyyəti cümə günü axşam "Qayıdış Haqqı" yürüşlərinin 49-cu cüməsində 34 fələstinlinin yaralanmasından xəbər verdi.

Əl-Aləmin məlumatına görə, Qayıdış Haqqı yürüşləri cümə günü "Rəhmət Qapısı" adı ilə keçirilib. 

İsrail hərbçiləri fələstinli aksiya iştirakçılarına qarşı zorakılıqlarında döyüş güllələri ilə yanaşı gözyaşardıcı və zəhərli qazlardan da istifadə ediblər. 

Fələstinin Qırmızı Aypara Cəmiyyəti bildirdi: Onlarla fələstinli kimyəvi qazlardan zəhərlənib. 

"Qayıdış Haqqı" yürüşləri ötən ilin 30 mart tarixindən, "Torpaq Günü" ilə bir vaxtda Qəzzə zolağında start götürüb.