Terrorçular Həmaha hücumda uğursuz qalıblar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i336036-terrorçular_həmaha_hücumda_uğursuz_qalıblar
Suriya ordusunun hərbçiləri təkfirçi terrorçuların bu ölkənin qərbindəki Həmah şəhərinin ətrafında keçirdikləri hücumu uğursuz qoyublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 03, 2019 14:24 Asia/Baku
  • Terrorçular Həmaha hücumda uğursuz qalıblar
    Terrorçular Həmaha hücumda uğursuz qalıblar

Suriya ordusunun hərbçiləri təkfirçi terrorçuların bu ölkənin qərbindəki Həmah şəhərinin ətrafında keçirdikləri hücumu uğursuz qoyublar.

Terrorçular Həmahın şimalında yerləşən Məərkəbə qəsəbəsinə soxulmaq niyyətində olub, lakin Suriyanın ordu qüvvələrinin vaxtlı mübarizəsi ilə nakam qalıblar.

Suriyanın ordu qüvvələri bu əməliyyatda bir qrup terrorçunu öldürüb və ya yaralayıblar.

"Suriya insan haqları" adlı mərkəzin müdiri Rami Əbdurrəhman bildirib ki, ABŞ-dan dəstək alan Suriya demokratik qüvvələri bu ölkənin şimal və şimal-şərq zindanlarında saxlanılan İŞİD ünsürlərindən azı 283 nəfəri azad ediblər.

Onun sözlərinə görə, bu terrorçular Əlriqqənin şimalında yerləşən "Əyn İsa" məntəqəsində azad ediliblər və onların arasında İŞİD başçılarından bir qrupu da olubdur.