Suriyanın Deyrəzzur vilayətində Bağuz şəhərinə qarşı hərbi əməliyyatlar başa çatdı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i336769-suriyanın_deyrəzzur_vilayətində_bağuz_şəhərinə_qarşı_hərbi_əməliyyatlar_başa_çatdı
Suriyada ABŞ-ın himayəsində olan kürd yaraqlılarının mətbuat xidmətinin rəhbəri Bağuz şəhərinə qarşı hərbi əməliyyatların başa çatdığını və İŞİD-in Fərat çayının şərq sahilindəki sonuncu qərargahını da itirdiyini təsdiq etdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 13, 2019 08:59 Asia/Baku
  • Suriyanın Deyrəzzur vilayətində Bağuz şəhərinə qarşı hərbi əməliyyatlar başa çatdı
    Suriyanın Deyrəzzur vilayətində Bağuz şəhərinə qarşı hərbi əməliyyatlar başa çatdı

Suriyada ABŞ-ın himayəsində olan kürd yaraqlılarının mətbuat xidmətinin rəhbəri Bağuz şəhərinə qarşı hərbi əməliyyatların başa çatdığını və İŞİD-in Fərat çayının şərq sahilindəki sonuncu qərargahını da itirdiyini təsdiq etdi.

İRİB-nin bildirdiyinə görə, Suriyada ABŞ-ın himayəsində olan kürd yaraqlılarının sözçüsü Mustafa Bali çoxlu sayda terrorçunun ailələri ilə birlikdə təslim olduğuna işarə edərək, dedi: Kürdlərin Bağuz şəhərinə olan hücumlarının başa çatması ilə İŞİD terrorçuları ən son bazalarını da itiriblər və sadəcə səhralıq ərazidə pərakəndə şəkildə öz varlıqlarını davam etdirirlər. 

Mustafa Bali sonuncu bazasını da itirməsi ilə İŞİD-in Suriyada yolun sonuna çatdığını bildirdi və təkfirçilərə qarşı savaşın bundan sonra da davam edəcəyini dedi. 

Bu məlumata görə, təqribən 3 minə yaxın İŞİD terrorçusu bu gün çərşənbə axşamı ABŞ-ın himayəsində olan kürd yaraqlılarına təslim olub. 

ABŞ-ın himayəsində olan kürd yaraqlıları 3 mart tarixində Bağuz şəhərinə qarşı hücuma başladılar. Terrorçuların ailə üzvlərindən olan minlərlə qadın və uşaq habelə, savaşa bilməyəcək durumda olan yaşlı və yaralı terrorçular Bağuz şəhərini tərk edib.