Yəmən: BMT Səudiyyə koalisiyasının atəşkəsi pozmasına reaksiya verməlidir
Mart 15, 2019 05:54 Asia/Baku
Yəmənin silahlı qüvvələrinin sözçüsü dünən gecə Birləşmiş Millətlər Təşkilatından təcavüzkar Səudiyyə koalisiyasının və onun muzdlularının Əl-Hüdəydədə atəşkəs razılaşmasına sadiq qalmaması qarşısında qətiyytli mövqe nümayiş etdirməsini istəyib.
Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Yəhya Əssəri bildirib: Səudiyyə təcavüzkarları və onun muzdluları son 48 saatda Əl-Hüdəydə şəhərində 505 dəfə atəşkəsi pozublar.
Yəmən silahlı qüvvələrinin sözçüsü Səudiyyə Ərəbistanının heç vaxt atəşkəs razılaşmasına sadiq qalmadığını bildirərək deyib: Yəmən ordusu və xalq komitələrinin səbrinin həddi var.
Əssəri bildirib ki, təcavüzkarlar atəşkəsi pozmaqda davam edərlərsə yəmənlilərin cavabı ağır olacaq.