Qolanda yaşayan suriyalılar ABŞ-ın müdaxilə mahiyyətli hərəkətlərinə etiraz ediblər
İşğal olunmuş Qolan məntəqələrinin sakinləri olan suriyalılar Amerika prezidentinin müdaxilə mahiyyətli sözlərinə etiraz olaraq, Suriyanın Qolana əbədi və həmişəlik hakimiyyətinə təkid ediblər.
Etirazçılar dünən Qunəytrə vilayətinin “Məcdəl Şəms” məntəqəsində keçirilən aksiyada iştirak edərək, Amerika prezidentinin işğal olunmuş Qolanı sionist rejimin hakimiyyəti altında rəsmən tanımasına dair sözlərini pisləyərək, Qolanın öz ana vətənləri olan Suriyaya aid olduğunu vurğulayıblar.
Amerika prezidenti Donald Tramp ötən cümə axşamı günü öz şəxsi twitter səhifəsində yazmışdı ki, 52 ildən sonra Amerikanın sionist rejimin Suriyanın işğal olunmuş Qolan yüksəkliklərinə hakimiyyətini tam və rəsmi şəkildə tanımasının vaxtı gəlib çatıbdır.
Amerika prezidentinin sionist qəsbkarlara dəstək vermək istiqamətindəki müdaxilə mahiyyətli sözləri region və dünya səviyyəsində geniş etirazlar doğurubdur.