İsrail qırıcıları Hələbi vurdu
-
İsrail qırıcıları Hələbi vurdu
Suriya mediaları cümə axşamı İsrail qırıcılarının Hələb şəhərinə hücum etməsindən xəbər veriblər.
Suriyanın SANA xəbər agentliyinin bildirdiyinə görə, Suriya ordusunun hava hücumundan müdafiə sistemi İsrail qırıcılarının raket hücumlarını önləməyi bacarıb.
SANA-nın bildirdiyinə görə, Suriya ordusunun hava hücumundan müdafiə sistemi atılan raketlərin çoxunu hədəfə dəyməsindən öncə məhv etməyi bacarıb.
Yerli mənbələr də bu hücumun uğursuz alındığını təsdiq ediblər.
Suriya mənbələrinin bildirdiyinə görə, Şeyx Nəccar sənaye məntəqəsi və bəzi digər məntəqələr bu hücumun başlıca hədəfi olub.
Suriyanın hərbi mənbələrindən biri bu raket hücumunun sadəcə dağıntılara səbəb olduğunu və insan tələfatı olmadığını bildirib.
İsrail davamlı olaraq Suriyada terrorçuları himayə etmək məqsədilə bu ölkənin hərbi mövqelərini və infrastrukturlarını hədəfə alır.