Suriya vətəndaşlarını həccdən məhrum etmək bir cinayətdir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i337734-suriya_vətəndaşlarını_həccdən_məhrum_etmək_bir_cinayətdir
Suriyanın vəqflər naziri bu ölkə vətəndaşlarını həcc mərasimini yerinə yetirməkdən məhrum etməyi siyasi bir hərəkət və cinayət adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 29, 2019 06:08 Asia/Baku
  • vətəndaşlarını həccdən məhrum etmək bir cinayətdir
    vətəndaşlarını həccdən məhrum etmək bir cinayətdir

Suriyanın vəqflər naziri bu ölkə vətəndaşlarını həcc mərasimini yerinə yetirməkdən məhrum etməyi siyasi bir hərəkət və cinayət adlandırıb.

Suriyanın vəqflər naziri Muhəmməd Əbdussəttar Əlseyyed Russiya Əlyəum telekanalı ilə müsahibədə əlavə edib: Ərəbistan başçıları indiyədək Suriya vətəndaşlarına həcc fərizəsini yerinə yetirmək icazəsi verməyiblər.

O, söyləyib: Suriyanın vəqflər və xarici işlər nazirliiklərinin səylərinə, həmçinin İslam Əməkdaşlığı Təşkilatı və Ərəb Liqası daxil olmaqla müxtəlif orqanlarla əlaqənin saxlanılmasına rəğmən, Suriya vətəndaşlarının həcc fərizəsini yerinə yetirmələri istiqamətində heç bir addım atılmayıbdır.

Suriya vətəndaşları dalbadal səkkizinci ildir ki, həcc fərizəsini yerinə yetirməkdən məhrum edilirlər.

Suriya hökuməti öz vətəndaşlarının üzləşdikləri bu məhrumiyyətin məsuliyyətinin ərriyadın üzərinə düşdüyünü bildirir.