Qəzzə zolağının şərqində bir fələstinli gənc şəhid olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i337789-qəzzə_zolağının_şərqində_bir_fələstinli_gənc_şəhid_olub
Fələstin səhiyyə nazirliyi Qəzzə zolağının şərqində bir fələstinli gəncin şəhid olmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 30, 2019 09:32 Asia/Baku
  • Qəzzə zolağının şərqində bir fələstinli gənc şəhid olub
    Qəzzə zolağının şərqində bir fələstinli gənc şəhid olub

Fələstin səhiyyə nazirliyi Qəzzə zolağının şərqində bir fələstinli gəncin şəhid olmasından xəbər verib.

Fələstin səhiyyə nazirliyi bildirib ki, Muhəmməd Cihad Cəudət Səəd adlı fələstinli gənc bu gün səhər tezdən sionist hərbçilərin atəşləri nəticəsində Qəzzə zolağının şərqində şəhid olub.

Digər tərəfdən, fələstinli mənbələr sionist rejim ordusunun xüsusi təyinatlı qüvvələrinin Qəzzə zolağının cənubunda yerləşən Xan Yunus şəhərinin şərqində "Gecə Hiddəti" fəaliyyətlərində iştirak edən fələstinli gənclərdən bir qrupunu oğurlamaq üzrə əməliyyatının uğursuz qalmasından xəbər veriblər.

Sionist rejim ordusunun xüsusi təyinatlı qüvvələrinin bu əməliyyatında fələstinli gənclər onlarla toqquşublar. Bu toqquşmada bir fələstinli gənc yaralanıb. Onun vəziyyəti ağır elan edilibdir.