Əlhusi: Ərəblər ABŞ və sionist rejim qarşısında təzim etməkdən əl çəksinlər!
https://azeri.sahartv.ir/news/qərbi_asia-i338096-Əlhusi_Ərəblər_abŞ_və_sionist_rejim_qarşısında_təzim_etməkdən_əl_çəksinlər!
Yəmənin Ənsarullah hərəkatının baş katibi dünən gecə ərəb liqasının son bəyanatını tənqid edərək, ərəb ölkələrindən istəyibdir ki, ABŞ və sionist rejim qarşısında təzim etməkdən əl çəksinlər!
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 03, 2019 07:34 Asia/Baku
  • Əlhusi: Ərəblər ABŞ və sionist rejim qarşısında təzim etməkdən əl çəksinlər!
    Əlhusi: Ərəblər ABŞ və sionist rejim qarşısında təzim etməkdən əl çəksinlər!

Yəmənin Ənsarullah hərəkatının baş katibi dünən gecə ərəb liqasının son bəyanatını tənqid edərək, ərəb ölkələrindən istəyibdir ki, ABŞ və sionist rejim qarşısında təzim etməkdən əl çəksinlər!

Əbdulməlik Əlhusi bildirib ki, ərəb ölkələrinin sərvətləri hazırda düşmənlərin əllərinə düşüb. O, düşmənlərə təslim olmaq və onların qarşısında baş əymək barədə xəbərdarlıq edib və belə deyib: Ərəb Liqasının bəzi üzvlərinin sionist rejimlə əlaqələri adiləşdirmək istiqamətndə real addımlar atdıqları bir halda, bu liqa mülayim bir bəyanatla kifayətləndi.

Əlhusi söyləyib: Ərəbistan bu gün sionist rejimlə koalisiya yaradaraq, öz əmlakları və maliyyələrini Amerikanın ixtiyarına qoyubdur. Əmirliklər də təkfirçilərə dəstək verməkdən əlavə, Vaşinqton və Təl-Əvivin maraqlarını qoruyan qrupların himayədarıdır.

Hizbullah-ın sionist rejimin zorakılıqları qarşısındakı misilsiz gücünə toxunan Əlhusi deyib ki, sionist rejim Hizbullah xalq hərəkatı qarşısında məğlub olubdur.

Yəmənin Ənsarullah hərəkatı baş katibinin tənqidləri elə bir halda bəyan edilir ki, ərəb ölkələri bazar günü özlərinin Tunisdəki son sammitlərində təkcə Amerikanın sionistlərin Qolana hakimiyyətini rəsmən tanımasını pisləməklə kifayətləndilər.

Amerika prezidenti Donald Tramp ötən həftənin bazar ertəsi günü sionist rejimin baş naziri Benyamin Netanyahu ilə görüşdə bir hökm imzaladı ki, ona əsasən, Amerika bu rejimin Qolan-a hakimiyyətini rəsmən tanıyır.

Sionist rejimin işğal olunmuş Qolan-a hakimiyyətinin Amerika prezidenti tərəfindən rəsmən tanınması elə bir halda həyata keçirilir ki, bir çox ölkə, o sıradan Rusiya və Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi bu məntəqəni Suriyanın ayrılmaz hissəsi elan ediblər.