Suriya vətəndaşları ABŞ prezidentinin Qolan haqdakı qərarını pisləyiblər
-
Suriya vətəndaşları ABŞ prezidentinin Qolan haqdakı qərarını pisləyiblər
Suriyanın müxtəlif vilayətləri bu gün Suriya vətəndaşlarının ABŞ prezidenti Donald Trampın sionist rejimin Qolandakı işğalçılığını rəsmən tanımağa dair qərarını pisləyən etiraz aksiyalarının səhnəsi olubdur.
Əssuvəyda şəhərinin sakinlərindən onlarla nəfər bu şəhərin mərkəzində aksiya keçirərək, Qolanın ərəb və suriyalı mahiyyətini vurğulayıb və bildiribdir ki, bu işğal olunmuş məntəqə şübhəsiz, Suriyanın şücaətli ordusu və xalqının iradəsi ilə azad ediləcəkdir.
Həmçinin Qunəytrənin cənub ətrafının sakinləri də etiraz aksiyası keçirib, şüarlar verərək, işğal olunmuş Qolanın ərəb mahiyyətli və onun Suriyanın ağuşuna qayıtmasının qəti olduğunu vurğulayıblar.
Dəməşqin ətrafı, Hums, Tərtus, Diyrəzzur, Dəra və Əlhəsəkə şəhərləri də bu gün Trampın qərarını pisləyən etiraz aksiyalarının şahidi olubdur.