Həccədə 60 səudiyyə hərbçisi və muzdlusu ölüb və yaralanıb
-
Həccədə 60 səudiyyə hərbçisi və muzdlusu ölüb və yaralanıb
Yəmən silahlı qüvvələrinin sözçüsü bu ölkə ordusunun Həccə vilayətində Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələrinin mövqeyinə olan raket hücumunda 60 nəfərin ölməsi və yaralanmasından xəbər verib.
Yəmənin Əl-Məsirə informasiya kanalının bildirdiyinə görə, Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Səri çərşənbə günü dedi: Yəmən ordusu və xalq qüvvələrinin raket bölməsi Həccə vilayətində səudiyyə muzdlularının mövqeyini bir ədəd "Bədr P1" ballistik raketi ilə hədəfə alıb. Nəticədə onlarla nəfər ölüb və yaralanıb.
Yəhya Səri təcavüzkar düşmənin və muzdlularının Yəmənin silahlı qüvvələrinin hücumlarından qorxduqlarına işarə edərək, dedi: Bundan sonra təcavüzkarlar və onları muzdluları heç bir yerdə amanda olmayacaqlar.
Yəmən ordusu və xalq qüvvələrinin raket bölməsi şənbə günü də təcavüzkar qüvvələrin "Akifə" bazasındakı mövqeyini bir ədəd "Zilzal 1" ballistik raketi ilə hədəfə almışdı. Bu hücumda bir qrup təcavüzkar qüvvə ölmüş və yaralanmışdı.
Yəmən ordusu və xalq qüvvələrinin cəbhə xətti boyunca irəliləməsi, Ərəbistanın daxilindəki düşmən mövqelərinin ballistik raketlər ilə məhv edilməsi, düşmənin zirehli texnikası və insan qüvvəsinin sıradan çıxarılması təcavüzkar koalisiyanın ötən aylardakı uğursuzluqlarından olub.