Apr 04, 2019 20:43 Asia/Baku
  • Bəşşar Əsəd: Son Venesuela hadisələri Qərb hegemoniyasının xalqlara zorla qəbul etdirilməsidir
    Bəşşar Əsəd: Son Venesuela hadisələri Qərb hegemoniyasının xalqlara zorla qəbul etdirilməsidir

Suriya prezidenti Venesuelada cərəyan edən hadisələri Qərb hegemoniyasıın dünya ölkələrinə və milli hakimiyyətə zorla qəbul etdirilməsi adlandırdı.

Suriyanın dövlət xəbər agentliyi SANA bildirib: Prezident Bəşşar Əsəd cümə axşamı Dəməşqdə Venesuelanın xarici işlər naziri Xorxe Arreaza ilə görüşdə ABŞ və müttəfiqlərinin beynəlxalq qanunları pozuğunu və bütün ölkələr və xalqların milli hakimiyyət və öz taleyini təyin etmək haqqına təkid edən BMT nizamnaməsini görməməzliyə vurduqlarını deyib.

B.Əsəd əlavə edib: ABŞ və bəzi Qərb dövlətlərinin son Venesuela hadisələrindəki rolu, bu ölkənin daxili işlərinə tam aşkar müdaxilələri, Venesuelanı mühasirəyə almaları və bu ölkəyə qarşı sanksiyalar tətbiq etmələri müstəqil siyasət yürüdən ölkələri təslim olmağa məcbur etmək üçün istifadə etdikləri metoddur.

Venesuelanın xarici işlər naziri də ölkəsinin hazırkı durumuna aydınlıq gətirərək, deyib: Suriyanı müharibəyə və böhrana sürükləyən ölkələr bu gün qollarını Venesuelanı viran etmək üçün çırmalayıblar.

Teqlər