Apr 08, 2019 09:33 Asia/Baku
  • Həmas müqavimətin qərb sahilində fəaliyyətinə təkid edib
    Həmas müqavimətin qərb sahilində fəaliyyətinə təkid edib

Həmas başçıları deyirlər ki, qərb sahilindəki silahlı müqavimət fəallaşmalıdır.

İsmail Rizvan Netanyahunun qərb sahilnin işğal olunmuş ərazilərə qatılması haqdakı çıxışından sonra Əlməyadin telekanalı ilə müsahibədə deyib: Sionist rejimlə müzakirə üsulu və Amerikanın roluna ümid bəsləmə uğursuzluğa düçar olub.

O, Amerikadan hər cür təklifin alınmasını rədd edib və bildirib ki, o, başqalarına xəbərdarlıq etmək istiqamətində Vaşinqtonla müzakirə ilə müxalifət edir.

İslam Müqaviməti Hərəkatı- Həmas-ın sözçüsü vurğulayıb: Netanyahunun qərb sahilni işğal olunmuş ərazilərə qatmaq röyası heç vaxt reallaşmayacaqdır.

Sami Əbuzəhri özünün twitter-dəki səhifəsində bu mətləbi yayaraq, yazıb: İşğalçı rejimlə təhlükəsizlik koordinasiyalarına son qoymağın və problemlərlə mübarizə üçün hamımızın bir-birimizlə müttəfiq olmağımızın vaxtı gəlib çatıbdır.

Teqlər