Apr 08, 2019 17:50 Asia/Baku
  • Doha Dubayın və Əbu-Dəbinin üçdə birini qaranlığa qərq edə bilər
    Doha Dubayın və Əbu-Dəbinin üçdə birini qaranlığa qərq edə bilər

Dohaya qarşı sanksiyalar tətbiq edən dörd ərəb ölkəsinin hərəkətlərinin ardınca Qətər məclisinin sədri deyib ki, bu ölkə cavab addımı olaraq, əmirliklərə qaz ixracatını dayandıraraq, Dubayın və Əbu-Dəbinin üçdə birini qaranlığa qərq edə bilər.

Ərəbistan, əmirliklər, bəhreyn və Misir müştərək bir bəyanatda Ümumdünya Parlamentlərarası Birliyin Dohada keçirilən 140-cı iclasında iştirakı boykot ediblər.

Bu iclas dünyanın 149 ölkəsini təmsil edən parlament heyətlərinin iştirakı ilə şənbə günündən etibarən, beş gün müddətinə Qətərin Doha şəhərində keçirilir.

Qətər məclisinin sədri Əhməd Ali-Məhmud dünən “Russia Əlyəum” telekanalı ilə müsahibədə bildirib ki, əmirliklər Qətəri sanksiya etmək istiqamətində təkcə bu ölkənin qazını müstəsna edibdir. O, deyib: Doha beynəlxalq qanunlar əsasında əmirliklərə qaz sanksiyası tətbiq edə bilər.

Ali-Məhmudun sözlərinə görə, Qətərdə 300 min Misir vətəndaşı işləyir, lakin iki ölkə əlaqələrində böhranın başlanması zamanından bəri onlardan heç biri çıxarılmayıbdır, halbuki Dohanı sanksiya edən ölkələr bütün qətərlilərdən, hətta xəstəxanalarda müalicə olunan xəstələrdən bu ölkələri tərk etmələrini istəyiblər.

Fars Körfəzi Əməkdaşlıq Şurası üzvlərinin əlaqələrində böhran ərəbistan, bəhreyn, əmirliklər və Misirin 2017-ci il iyulun beşində Qətəri terrorizmə dəstək verməkdə ittiham edərək, bu ölkə ilə diplomatik və iqtisadi əlaqələrini kəsmələrindən sonra formalaşdı. Doha qeyd olunan ittihamı rədd edibdir.

 

 

Teqlər