İraq ABŞ-ın Sepah-la bağlı qərarına reaksiya verdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i338532-İraq_abŞ_ın_sepah_la_bağlı_qərarına_reaksiya_verdi
İraqın xarici işlər naziri ABŞ-ın İran İslam İnqilabı Keşikçilər Korpusu Sepah-ın adını terrorçu elan etməsinə ilk reaksiyasında ölkəsinin Vaşinqtonun İrana qarşı sanksiyalarını qəbul etmədiyini bildirdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 09, 2019 06:54 Asia/Baku
  • İraq ABŞ-ın Sepah-la bağlı qərarına reaksiya verdi
    İraq ABŞ-ın Sepah-la bağlı qərarına reaksiya verdi

İraqın xarici işlər naziri ABŞ-ın İran İslam İnqilabı Keşikçilər Korpusu Sepah-ın adını terrorçu elan etməsinə ilk reaksiyasında ölkəsinin Vaşinqtonun İrana qarşı sanksiyalarını qəbul etmədiyini bildirdi.

İRNA-nın məlumatına görə, İraqın xarici işlər naziri Məhəmməd Əli Əl-Həkim bazar ertəsi günü axşam ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın adını terrorçu elan etməsinə ilk reaksiyasında dedi: İraq ABŞ-ın İrana qarşı sanksiyalarını qəbul etmir və bu siyasətin regionda gərginliyi körükləməyə hesablandığını düşünür. 

Fələstinin İslamçı Cihad Hərəkatı da Ağ Evin İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın adını terrorçu elan etməsinə reaksiya olaraq bildirdi: ABŞ-ın özü terrorizmin himayədarıdır. Regiondakı bütün müharibələr və toqquşmaların arxasında Ağ Ev dayanır və ABŞ-ın İsraili himayə etməsi bu ölkənin bəşəriyyət əleyhinə cinayətlərinə aşkar nümunədir. 

Bundan öncə Suriyanın Xarici İşlər Nazirliyi də bir bəyanat yayaraq, ABŞ prezidenti Donald Trampın İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın adını terrorçu elan etməsini qınamışdı.