Yəmənin Ənsarullah Hərəkatı: Sepah-ı terrorçu adlandırmaq sionist rejimə xidmətdir
Apr 10, 2019 07:24 Asia/Baku
-
Yəmənin Ənsarullah Hərəkatı: Sepah-ı terrorçu adlandırmaq sionist rejimə xidmətdir
Yəmənin Ənsarullah Hərəkatı çərşənbə axşamı bir bəyanat yayaraq, ABŞ prezidenti Donald Trampın İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ı terrorçu adlandırmasını qınadı.
Fars xəbər agentliyinin bildirdiyinə görə, Ənsarullah ABŞ prezidentinin bu hərəkətini qınayaraq, Trampın Sepah-a qarşı hərəkətini sionist rejimə xidmət adlandırdı.
Yəmənin Ənsarullah hərəkatı həmçinin, terrorizmin həqiqi himayədarının ABŞ olduğunu və bu ölkənin terrorizmi digər ölkələrə yaymaqla məşğul olduğunu bildirərək, ABŞ və sionist rejimin bütün hərəkətlərini qınadığını bildirib.