Həmas ABŞ-ın Sepah-a qarşı hərəkətini qınadı
Apr 10, 2019 13:10 Asia/Baku
-
Həmas ABŞ-ın Sepah-a qarşı hərəkətini qınadı
Fələstinin İslam Müqaviməti Hərəkatı (HƏMAS) ABŞ hökumətinin İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın adını terrorçu qruplar siyahısına daxil etməsini qınadı.
Fələstin İnformasiya Mərkəzinin bildirdiyinə görə, Həmas çərşənbə axşamı bir bəyanat yayaraq, bildirdi: Bu addım sübut edir ki. ABŞ hökuməti sionist rejimin mənafeyi və məsləhəti çərçivəsində addım atır və öz proqramlarını bu rejimin mənafeyinə uyğun tənzimləyir, kor-koranə şəkildə bu rejimi himayə edir.
Həmas həmçinin bildirdi: ABŞ-ın Qüds daha sonra Colan indi də Sepah-la bağlı qərarları vahid bir prinsipə əsaslanır. Və o prinsip işğalçı sionist rejimin qarşısındakı maneələri aradan qaldırmaqdır.