Yüzlərlə fələstinli Qərb Sahilində aksiya keçirdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i338620-yüzlərlə_fələstinli_qərb_sahilində_aksiya_keçirdi
Yüzlərlə fələstinli İordan çayının qərb sahilində fələstinli əsirlər ilə həmrəylik məqsədilə yürüş təşkil edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 10, 2019 08:41 Asia/Baku
  • Yüzlərlə fələstinli Qərb Sahilində aksiya keçirdi
    Yüzlərlə fələstinli Qərb Sahilində aksiya keçirdi

Yüzlərlə fələstinli İordan çayının qərb sahilində fələstinli əsirlər ilə həmrəylik məqsədilə yürüş təşkil edib.

İordan çayının qərb sahilindəki şəhərlərdə yüzlərlə fələstinli fələstinli əsirlər ilə həmrəylik məqsədilə yürüş təşkil edib.

Sionist rejim zindanlarında olan 5700 fələstinli əsirdən 150-si İsrail Knessetinə seçkilərlə bir vaxtda aclıq aksiyasına başlayıblar.

Aclıq aksiyasına başlayan fələstinli əsirlərin tələbi onlarla hörmət əsasında rəftarın edilməsi və təhqiramiz rəftarlara son qoyulmasıdır. Aclıq aksiyasına başlayan fələstinli əsirlərin digər tələbi fələstinli əsirlərin məhdurm olunduqlrı hüquqlarının təmin edilməsidir.

İsrailin zindanlar iradəsi son zamanlar əsirləri bir sıra digər hüquqlarından məhrum edib. Belə ki, fələstinli əsirlərə müalicə olunmaq, televiziya izləmək və ailələri ilə görüşmək icazəsi verilmir.

Fələstinli yürüş iştirakçıları İsrail zindanlarında olan fələstinli əsirlər ilə həmrəylik elan edərək. onlara dəstək veriblər.