Apr 10, 2019 14:35 Asia/Baku
  • Ərəbistan qırıcıları Sənanı bombardman etdilər
    Ərəbistan qırıcıları Sənanı bombardman etdilər

Səudiyyə Ərəbistanı qırıcıları Yəmənin paytaxtını bombardman etdilər.

Yəmənin Əl-Məsirə informasiya kanalının bildirdiyinə görə, Ərəbistan qırıcıları və bombardmançı təyyarələri çərşənbə günü paytaxt Sənaya 3 dəfə hücum ediblər. 

Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Səri deyib: Ərəbistan qırıcıları və bombardmançı təyyarələri ötən həftə Yəmənin müxtəlif məntəqələrini 97 dəfə bombardman ediblər. 

Yəmən ordusunun raket bölməsi də Səudiyyə koalisiyasına bağlı qüvvələrin mövqeyini Həccə vilayətində bir ədəd raket ilə hədəfə alıb. 

Ərəbistan 2014-cü ilin martından bir neçə ərəb ölkəsi ilə birlikdə koalisiya yaradaraq, ABŞ-ın dəstəyi ilə Yəmənə qarşı müharibəyə başladı. İndiyə kimi bu savaşda on minlərlə yəmənli qırğın edilib, milyonlarla insan evsiz-eşiksiz qalıb. Ölkənin bütün infrastrukturları məhv edilib. Yəmən humanitar faciə ilə üzləşib. Dünya bu cinayətə göz yumur. 

Teqlər