Haqq uğrunda mübarizədə bitərəf olmaq mənasızdır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i338633-haqq_uğrunda_mübarizədə_bitərəf_olmaq_mənasızdır
Livan Hizbullahının baş katibi: ABŞ-ın Sepah və Hizbullahın adını terrorçu qruplar siyahısına daxil etməsi bizim zəif olduğumuzu göstərməz. Əksiniə, bu bizim güclü olduğumuza dəlalət edər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 10, 2019 16:58 Asia/Baku
  • Haqq uğrunda mübarizədə bitərəf olmaq mənasızdır
    Haqq uğrunda mübarizədə bitərəf olmaq mənasızdır

Livan Hizbullahının baş katibi: ABŞ-ın Sepah və Hizbullahın adını terrorçu qruplar siyahısına daxil etməsi bizim zəif olduğumuzu göstərməz. Əksiniə, bu bizim güclü olduğumuza dəlalət edər.

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah həzrət Əbülfəzl Abbasın(ə) mövlud günü və "veteran günü" münasibətilə "Veteranlarımız qələbə məşəlləridirlər" adı altında keçirilən mərasimdə dedi: Haqq və batil arasındakı savaşda, məzlumu müdafiə etmək üçün zalım ilə aparılan savaşda bitərəf olmaq mənasızdır.

Seyid Həsən Nəsrullah daha sonra dedi: ABŞ prezidenti Donald Trampın Sepah-ın adını terrorçu qruplar siyahısına daxil etməsi bu ölkənin regiondakı uğursuzluqlardan naümid olmasının nəticəsidir. Biz ABŞ-ın bu qərarını qınayır və tənqid edirik. Və İran İslam İnqilabı  Keşikçiləri Korpusu Sepah-ı himayə etdiyimizi bildiririk. Sepah region xalqlarının müdafiəsində böyük mücahidətlər edib və bu yola çoxlu sayda şəhid və yaralı verib.

Seyid Həsən Nəsrullah həmçinin dedi: ABŞ-ın Sepah və Hizbullahın adını terrorçu qruplar siyahısına daxil etməsi bu qrumun regiondakı təsir gücü və qüdrətinə, əldə etdikləri müvəffəqiyyətlərin böyüklüyünə dəlalət edir.