Yəmən sərhədində bir qrup səud muzduru məhv edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i338674-yəmən_sərhədində_bir_qrup_səud_muzduru_məhv_edilib
Yəmənin ordu və xalq komitələri qüvvələrinin Ərəbistanın cənubunda yerləşən Cizan və Əsir məntəqələrinə qarşı artilleriya hücumunda bir qrup səud hərbçisi və muzduru məhv edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 11, 2019 06:28 Asia/Baku
  • Yəmən sərhədində bir qrup səud muzduru məhv edilib
    Yəmən sərhədində bir qrup səud muzduru məhv edilib

Yəmənin ordu və xalq komitələri qüvvələrinin Ərəbistanın cənubunda yerləşən Cizan və Əsir məntəqələrinə qarşı artilleriya hücumunda bir qrup səud hərbçisi və muzduru məhv edilib.

Yəmənin ordu və xalq komitələri qüvvələri Ərəbistanın Cizan şəhərində yerləşən Əlməşriq və Cəbəli-Qeys məntəqələrində səud hərbçilərini və onların muzdurlarını hədəfə alıblar.

Əsir bölgəsində də Yəmənin ordusunun artilleriya bölməsi Məcazə məntəqəsinin qərbi, həmçinin Əlrəbuə məntəqəsi və Ələb keçidinin üzbəüzündə səud muzdurlarının toplaşdıqları məkanı hədəfə alıb. Nəticədə bir qrup səud muzduru məhv edilib.

Belə bir halda, Yəmənin ordu və xalq komitələri qüvvələrinin dünən bu ölkənin şimalındakı Əlcuf əyalətində yerləşən Əlhəzm və Əlsaqiyyə məntəqələrindəki raket və artilleriya hücumlarında bir qrup səud təcavüzkarı ölüb və ya yaralanıbdır.

Səud rejimi və onun müttəfiqləri dörd il Yəmənin infrastrukturlarını məhv və minlərlə mülkini qırğın etdikdən sonra bu ölkə xalqının müqavimətinə görə, öz məqsədlərinə çata bilməyiblər.