Parlamentlərarası Birlik Qolanın işğal olunmuş ərazilərə qatılmasını pisləyib
-
Parlamentlərarası Birlik Qolanın işğal olunmuş ərazilərə qatılmasını pisləyib
Ümumdünya Parlamentlərarası Birlik Dohada keçirdiyi 140-cı iclasının sonuncu günündə bir bəyanat yayaraq, Amerikanın işğal olunmuş Qolan yüksəkliklərini sionist rejimin ərazisi kimi tanımasını pisləyibdir.
160-dan çox ölkənin parlamentləri tərəfindən təsdiq olunmuş bu bəyanatda deyilir ki, Ümumdünya Parlamentlərarası Birlik zorakılıq və qoçuluq yolu ilə ərazinin hər cür əldə edilməsini rədd edir.
Ümumdünya Parlamentlərarası Birliyin yekun bəyanatında sonra deyilir: Amerikanın bu hərəkəti Qərbi Asiyada bərabər və davamlı sülhə nail olmaqda daha artıq məsafənin yaranmasına bais olacaq.
Ümumdünya Parlamentlərarası Birlik Amerikanın Qolan yüksəklikləri qarşısındakı hərəkətini Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 497 saylı qətnaməsilə təzadlı adlandırıb və bu istiqamətdə edilən hər cür cəhdi beynəlxalq təsirdən uzaq bir cəhd kimi dəyərləndiribdir.
Amerika prezidenti Donald Tramp martın 25-də beynəlxalq qanunlara zidd gedib, BMT Təhlükəsizlik Şurasının qətnamələrini birbaşa şəkildə pozaraq, bir fərman imzaladı ki, ona əsasən, Vaşinqton sionist rejimin Suriyanın işğal olunmuş Qolan yüksəkliklərinə hakmiyyətini rəsmən tanıyır.
Trampın bu hərəkəti beynəlxalq səviyyədə pislənibdir.
BMT Təhlükəsizlik Şurasının 14 üzvü 2019-cu il martın 27-də bu şuranın Qolan barədəki fövqəladə iclasında Trampın hərəkətini pisləyərək, ona qarşı çıxdı.
Sionist rejim 1967-ci ildə Qolan yüksəkliklərində Suriya ərazisinin təxminən 1200 kvadrat-kilometrini işğal etdi və daha sonra bu məntəqəni işğal edilmiş ərazilərə əlavə etdi. Beynəlxalq ictimaiyyət bu anneksiyanı heç vaxt tanımayıbdır.