Yəməndə məktəblilərin dəfn mərasimi keçirilib
Apr 11, 2019 13:36 Asia/Baku
-
Yəməndə məktəblilərin dəfn mərasimi keçirilib
Minlərlə yəmənli səud təcavüzkarlarının Sənaya qarşı hava hücumunda şəhid olmuş ibtidai qız məktəbinin şagirdlərindən bir qrupu daxil olmaqla 14 nəfərin cənazəsini müşayiət edib.
Mərasim iştirakçıları təcavüzkarların cinayətlərini pisləyən şüarlar verərək, vurğulayıblar ki, öz uşaqlarının qanlarından əsla keçməyəcəklər.
Bu cinayətlərin ən yenisində səud qırıcıları Sənanın şimal-şərqində yerləşən bir plastik kütlə emalatxanasını hədəfə alaraq, onu məhv etməklə bərabər, emalatxananın ətrafında yerləşən evlərə xəsarətlər vurublar.
Bu bombardmanda həmçinin bir qrup yəmənli yaralanıb. Məhəllə sakinləri aksiya keçirərək, səudların bu cinayətini pisləyiblər.