Fələstinli əsirlərin aclıq aksiyası 5-ci günündə
Fələstinli Əsirlər Komitəsinin sözçüsü fələstinli əsirlərin aclıq aksiyasının artıq 5-ci gündür ki, davam etdiyini bildirdi.
Fars xəbər agentliyinin bildirdiyinə görə, Həsən Əbdürrəbbə dedi: İsraillilər ötən gün zindan rəsmiləri ilə fələstinli əsirlər arasındakı müzakirələrdə əsirlərin istəklərinə müsbət cavab verməyiblər. Buna görə də Fələstinli əsirlər aclıq aksiyasını davam etdirirlər.
Fələstinli əsirlər beş gün öncə İsrailin zindan rəsmilərinin qanunsuz rəftarlarına və onları qanuni haqlarından məhrum etmələrinə etiraz olaraq aclıq aksiyasına başlayıblar.
Fələstinli əsirlər həmçinin, saxlanıldıqları kameralardan "parazit" aparatlarının yığışdırılmasını, ailələri ilə görüşə icazə verilməsini və kütləvi cəzalandırmalara son qoyulmasını istəyirlər.
İzzəddin Qəssam batalyonlarının sözçüsü Əbu Übeydə bundan öncə İsrailin fələstinli əsirlərə qarşı zorakılıqlarına reaksiya olaraq bildirmişdi ki, Həmas İsrailin fələstinli əsirlər ilə rəftarlarını nəzərə alaraq, sionist əsirlər ilə oxşar rəftar edəcək.