İsrail Suriya ordusuna havadan zərbələr endirdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i338814-İsrail_suriya_ordusuna_havadan_zərbələr_endirdi
İsrail qırıcıları Suriya ordusunun Həma vilayətində, Məsyaf şəhəri ətrafındakı mövqelərinə raket zərbələri endiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 13, 2019 06:18 Asia/Baku
  • İsrail Suriya ordusuna havadan zərbələr endirdi
    İsrail Suriya ordusuna havadan zərbələr endirdi

İsrail qırıcıları Suriya ordusunun Həma vilayətində, Məsyaf şəhəri ətrafındakı mövqelərinə raket zərbələri endiriblər.

Suriyanın dövlət xəbər agentliyi SANA bildirib: Şənbə günü səhər saatlarında İsrail qırıcıları Məsyaf şəhərinin ətrafında Suriya ordusunun mövqelərinə raket zərbələri endirib. Bu hücumda bir neçə bina dağılıb, 3 hərbçi də yaralanıb. 

Suriya ordusunun hava hücumundan müdafiə sistemi də atılan raketlərdən bir neçəsini hədəfə dəyməsindən öncə məhv etməyi bacarıb. 

İsrail qırıcıları sonuncu dəfə 27 mart 2019-cu ildə Suriya ordusunun Hələb şəhərinin ətrafındakı mövqelərinə hücum etmişdi. 

2018-ci ildə də İsrail qırıcıları Suriyanın paytaxtı Dəməşq şəhərinə hücum etmişdilər. Amma, Suriyanın hava hücumundan müdafiə sistemi bu hücumu önləməyi bacarmışdı. 

İsrail davamlı olaraq Suriyada terrorçuları dəstəkləmək məqsədilə bu ölkə ordusunun mövqelərinə qarşı hücumlar həyata keçirir. 

Suriyada təhlükəsizlik böhranı 2011-ci ildə ABŞ, Ərəbistan və müttəfiqlərinin himayəsində olan terrorçuların bu ölkəyə hücum etməsi ilə başlandı. Məqsəd regionda güc balansını İsrailin xeyrinə dəyişmək idi.