54-cü "Qayıdış Haqqı" yürüşündə fələstinli bir qız şəhid oldu
-
54-cü "Qayıdış Haqqı" yürüşündə fələstinli bir qız şəhid oldu
"Hamı birlikdə İsrail ilə əlaqəllərin normallaşdırılmasına qarşı" adı altında keçirilən 54-cü "Qayıdış Haqqı" yürüşlərində indiyə kimi bir fələstinlinin şəhid olduğu, onlarla nəfərin yaralandığı bildirilir.
Əl-Aləm kanalı Fələstinin Səhiyyə Nazirliyinə istinadla bildirdi: 15 yaşlı Meysərə Musa adlı fələstinli qız Cəbaliyanın şərqində İsrail hərbçilərinin atəş açması nəticəsində qarın nahiyəsindən aldığı yaranın ağırlığı üzündən şəhid olub.
Fələstinin Səhiyyə Nazirliyi bu yürüşlərdə onlarla fələstinlinin o cümlədən bir jurnalist və bir neçə təcili yardım əməkdaşının da yaralandığını bildirib.
Fələstin İslami Müqavimət Hərəkatı Həmas-ın rəhbər üzvlərindən olan İsmayıl Rizvan 54-cü "Qayıdış Haqqı" yürüşünün çərçivəsində yürüşlərin Qəzzənin mühasirəsinin yarılacağı zamana kimi davam edəcəyinə, fələstinlilərin öz evlərinə qayıdacağı zamana, "əsrin anlaşması"nın pozulacağı və İsrail ilə əlaqələrin normallaşdırılmasının önləniləcəyi zamana kimi davam edəcəyini bildirdi.
Rizvanhəmçinin dedi: İsrail ilə əlaqələrin normallaşdırılması bir cinayət və əxlaqsızlıqdır.
Fələstinlilərn "Qayıdış Haqqı" yürüşü 30 mart 2018 il tarixindən başlayaraq, Qəzzənin mühsirəsini yarmaq və fələstinli didərginlərin öz torpaqlarına qayıdış haqqına təkid etmək məqsədilə hər cümə günü keçirilir. İndiyə kimi bu yürüşlərdə 272 fələstinli şəhid olub, on minlərlə fələstinli də xəsarət alıb.