İraqın qərbində İŞİD-in 18 sığınacağı məhv edildi
Apr 14, 2019 06:58 Asia/Baku
-
İraqın qərbində İŞİD-in 18 sığınacağı məhv edildi
İraqlı qüvvələr Əl-Ənbar vilayətində həyata keçirdikləri əməliyyatda İŞİD terror qruplaşmasının 18 gizli sığınacağını aşkar və məhv ediblər.
İRNA-nın məlumatına görə, İraqlı qüvvələr ilə terrorçular arasında çıxan toqquşmada İŞİD-in iki terrorçu kamikadzesi öldürülüb.
Bu əməliyyatda terrorçulara məxsus 6 avtomobil və 2 partlayıcı qurğu da aşkar və zəbt edilib.
İŞİD terror qruplaşması İraqda məğlub olmasına rəğmən, terrorçular hələ də ölkənin bəzi məntəqələrində pərakəndə şəkildə terror aktları törətməklə məşğuldurlar.