Yəmən qüvvələri səud təcavüzkarlarının cavabını verdilər
-
Yəmən qüvvələri səud təcavüzkarlarının cavabını verdilər
Yəmən ordusu və xalq komitələri qüvvələri səud təcavüzkarlarının bu ölkənin şimalında yerləşən Cuf əyalətinin "Xub vı Əlşəəf" məntəqəsinə qarşı hücumunu dəf ediblər.
Bu əməliyyatda bir qrup səud muzduru ölüb və ya yaralanıbdır.
Yəmənli qüvvələr səud muzdurlarının "Xub və Əlşəəf" rayonundakı Əlməhru yüksəkliklərində və Təvasinə məntəqəsində yerləşən mövqelərinə hücum edərək, onları ağır xəsarətlər və tələfata düçar ediblər.
Həmçinin Yəmən ordusu və xalq komitələri qüvvələrinin səud muzdurlarının Ərəbistanın cənubunda yerləşən Cizan şəhərinin Əlxubə məntəqəsinin şərqindəki mövqelərinə qarşı hücumunda üç sudanlı daxil olmaqla çoxlu sayda səud muzduru məhv edilib.
Yəmən ordusu və xalq komitələrinin müdafiə qüdrəti bu ölkənin səud rejimi tərəfindən hərtərəfli şəkildə mühasirə edilməsinə rəğmən, günü-gündən artmaqdadır.
Ərəbistan ABŞ-ın, əmirliklərin və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martında Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır.
Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək on altı mindən çox yəmənlinin həyatını itirməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.