Yəmənə təcavüz edənlər heç bir qanuna əməl etmirlər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i339107-yəmənə_təcavüz_edənlər_heç_bir_qanuna_əməl_etmirlər
Yəmən Ali İnqilab Komitəsinin sədri deyib ki, Yəmənə təcavüz edən ölkələr heç bir qayda-qanuna əməl etmirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 19, 2019 04:58 Asia/Baku
  • Yəmənə təcavüz edənlər heç bir qanuna əməl etmirlər
    Yəmənə təcavüz edənlər heç bir qanuna əməl etmirlər

Yəmən Ali İnqilab Komitəsinin sədri deyib ki, Yəmənə təcavüz edən ölkələr heç bir qayda-qanuna əməl etmirlər.

Muhəmməd Əli Əlhusi dünən deyib: Döyüş qaydaları sübut edibdir ki, təcavüzkar ölkələr Yəmən savaşı gedişində müharibələrdə nəzərdə tutulan mexanizm və qaydalara heç bir dəyər vermirlər.

Yəmən Ali İnqilab Komitəsinin sədri xatırladıb: Fransa səud rejiminə silah satışının davam etməsini müdafiə edir.

Yəmən Ali İnqilab Komitəsinin sədri söyləyib: Qanun Yəmən kimi savaşlarda hücum və ya qeyri-hücum mahiyyətli olmasından asılı olmayaraq, silah satışına icazə vermir.

Ərəbistan ABŞ-ın, əmirliklərin və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martında Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır.

Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək on altı mindən çox yəmənlinin həyatını itirməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.