"Fələstinli əsir günü" şüarlı yürüş
https://azeri.sahartv.ir/news/qərbi_asia-i339160-fələstinli_əsir_günü_şüarlı_yürüş
Minlərlə fələstinli böyük qayıdış yürüşlərinin 55-ci cüməsində iştirak etmək üçün Qəzzə zolağının şərq sərhədlərinə doğru yollanıb. Dünənki yürüş "Fələstinli əsir günü" şüarı ilə keçirildi. İşğalçı rejim Qəzzə zolağı sərhədlərinə yaxın məntəqələrdən atəşaçma bəhanəsilə bu məntəqəni aviasiya və artilleriya hücumları hədəfinə çeviribdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 20, 2019 07:44 Asia/Baku
  • "Fələstinli əsir günü" şüarlı yürüş

Minlərlə fələstinli böyük qayıdış yürüşlərinin 55-ci cüməsində iştirak etmək üçün Qəzzə zolağının şərq sərhədlərinə doğru yollanıb. Dünənki yürüş "Fələstinli əsir günü" şüarı ilə keçirildi. İşğalçı rejim Qəzzə zolağı sərhədlərinə yaxın məntəqələrdən atəşaçma bəhanəsilə bu məntəqəni aviasiya və artilleriya hücumları hədəfinə çeviribdir.

Fələstinli əsirlər və azadələrin işləri nazirinin müavini "Haa Əlmədhun" deyib: Xalq əsirlərə bu mesajı verir; siz ki, özünüzü vətənə fəda etmisiniz, biz də öz həyatımızı sizə fəda etməliyik.

Demokratik cəbhə rəhbərlərindən olan Mahmud Xələf deyib: Bizim qayıdış yürüşlərində məqsədimiz, azad və şərəfli yaşayışa nail olmaq və on üç il bundan öncə bizə qarşı tətbiq olunmuş zalımcasına mühasirənin sındırılmasıdır.

Fələstin İslami Cihad Hərəkatının rəhbərlərindən olan Muhəmməd Əlhərazin deyib: Əsirlərin sionist rejim məhbəslərindəki son qələbəsi və onunla paralel şəkildə keçirilən işğalçılara qarşı yürüşlər davam edəcəkdir. Bu qələbələr işğalçı rejimin məğlubiyyətləri prosesində böyük dönüş nöqtəsidir.

Fələstinli azadə Mustəfa Musəlmani deyib: Biz fələstinli əsirlərdən və sionist rejim məhbəslərindən çox uzağıq. Əsirlərə demək istəyirik ki, sizinləyik və sizi himayə edirik.