Apr 20, 2019 20:47 Asia/Baku
  • Ənsarullah: Sudanın Yəmən savaşındakı hərbi iştirakının bitməsi dəyişiklik meyarıdır
    Ənsarullah: Sudanın Yəmən savaşındakı hərbi iştirakının bitməsi dəyişiklik meyarıdır

Ənsarullah hərəkatının siyasi bürosunun üzvü Sudanın Yəmən savaşındakı hərbi iştirakının dayanmasını inqilabın ölçülməsində bir meyar və Sudanda dəyişiklik adlandırıb.

Ənsarullah hərəkatının siyasi bürosunun üzvü Muhəmməd Əlbəxiti dünən Əlməyadin telekanalı ilə müsahibədə Sudanın Yəmənə qarşı təcavüzdə iştirak etməsini bu ölkə üçün biabırçı bir damğa adlandırıb və belə deyib: Sudanın Yəməndən hərbi çıxışı o deməkdir ki, Sudan hökumətinin iş prosesində dəyişiklik yaranıb və əks halda, sanki Ömər Əlbəşir hələ də hakimiyyət başındadır və bu dəfə öz nümayəndələri tərəfindən hökmranlıq edir.

Ənsarullah hərəkatının siyasi bürosunun üzvü Yəmənin istefa vermiş hökumətinin xarici işlər naziri Xalid Əlyəmaninin bu ölkə probleminin həllində hərbi təzyiqlərin nəticəsiz olmasına dair sözlərini bu ölkə probelminin həlli istiqamətində səud koalisiyasının hücumlarının nəticəsiz olmasına bir etiraf hesab edib və belə söyləyib: Yəmən olayları onu göstərir ki, təcavüzkar ölkələr bu sahədə yekun qərarçıxarandırlar və istefa vermiş hökumət yalnız icraçı roluna malikdir.

O, Yəmən milli qurtuluş hökumətinin Yəməndə hamının təhlükəsizliyi, sağlamlığı və hörmətinə zəmanət verəcək şərəfli bir sülhü rəğbətlə qarşılmasına toxunaraq, ölkədə bütün tərəflər üçün məqbul olacaq milli iştirak sayəsində yeni keçid dövlətinin təşkilinə təkid edib.

Teqlər