Rusiya Suriyanın Tərtus limanını 49 il icarə edir
Apr 21, 2019 10:20 Asia/Baku
Rusiyanın baş nazir müavini dünən Dəməşqdə Suriya prezidenti Bəşşar Əsədlə görüşdən sonra deyib ki, Moskva Suriyanın Tərtus limanını 49 il müddətinə icarə edəcəkdir.
Yuri Borisov qeyd edib ki, gələn həftə bir müqavilə əsasında Suriyanın qərbində yerləşən Tərtus limanı 49 il müddətinə Rusiyaya icarəyə veriləcəkdir.
Rusiyanın baş nazir müavini deyib: Moskva Suriyanın Tərtus limanından iqtisadi və logistik məqsədlər üçün istifadə edəcək.
Borisov həmçinin ümid etdiyini bildiribdir ki, bu addım Rusiya-Suriya iqtisadi əlaqələrinin genişlənməsilə nəticələnəcək.