İraqlılar Bəhreyn xarici işlər nazirinin təhqiramiz sözlərinə kəskin reaksiya veriblər
-
İraqlılar Bəhreyn xarici işlər nazirinin təhqiramiz sözlərinə kəskin reaksiya veriblər
Çoxlu sayda İraq vətəndaşı Bəhreynin Bağdaddakı səfirliyi önünə toplaşaraq, Bəhreyn xarici işlər naziri Xalid bin Əhməd Ali Xəlifənin İraqda Sədr cərəyanının rəhbəri Seyyid Muqtəda Sədrə qarşı təhqiramiz sözlərini pisləyibdir. Onlar Bəhreyn hökumətindən rəsmən İraqdan üzr istəməsini tələb ediblər.
Sairun koalisiyasının rəhbərlrindən olan Casim əl-Hələfi deyib: Bu aksiya Bəhreyn xarici işlər nazirinin İraqa və bu ölkənin siyasi simalarından birinə qarşı hörmətsizliklərinə etiraz üçün keçirilir. Belə görünür ki, Muqtəda Sədrin mötədillik diskursundan razı deyil və onu bəyənmirlər.
Aksiyada iştirak edən din xadimlərindən biri deyib: Bəhreyn hökumətindən istəyirik ki, üzr istəsin, zira aşkar şəkildə iraqlı rəhbərlər və simalardan birini təhqir edibdir.
Digər bir aksiyaçı da əl-Aləm telekanalının müxbirinə deyib: Bəhreyn hökumətindən istəyirik ki, rəsmən İraq xalqından üzr istəsin, zira onlar İraqın vəhdət simvollarından birinə hörmətsizlik ediblər.