Diyrəzzurda kürd qüvvələrə qarşı xalq etirazları şiddətlənib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i339585-diyrəzzurda_kürd_qüvvələrə_qarşı_xalq_etirazları_şiddətlənib
Suriyanın Diyrəzzur vilayətində bu məntəqənin neft ehtiyatlarının oğurlanmasına və ABŞ-ın himayə etdiyi kürd qüvvələrin işğalçılığına qarşı xalq etirazları şiddətlənibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 29, 2019 15:03 Asia/Baku
  • Diyrəzzurda kürd qüvvələrə qarşı xalq etirazları şiddətlənib
    Diyrəzzurda kürd qüvvələrə qarşı xalq etirazları şiddətlənib

Suriyanın Diyrəzzur vilayətində bu məntəqənin neft ehtiyatlarının oğurlanmasına və ABŞ-ın himayə etdiyi kürd qüvvələrin işğalçılığına qarşı xalq etirazları şiddətlənibdir.

Suriyanın Diyrəzzur vilayətinin yerli əhalisi və qəbilə başçıları "Suriya demokratik qüvvələri" adlı kürd yarımhərbçilərin tez bir zamanda bu neftlə münbit vilayətdən çıxmalarını istəyiblər.

"Suriya demokratik qüvvələri"nə qarşı xalq etirazları beş gün bundan öncədən başlanıb və Fərat çayının şərqində yerləşən Şuhil və əl-Bəsirə şəhərlərində davam edir.

Suriyalı etirazçılar tankerlərin keçdikləri Diyrəzzur-Həsəkə magistral yolu boyunca avtomobillərin şinlərini yandıraraq, bu məntəqələrin kürd qüvvələr tərəfindən işğalına qarşı öz etirazlarını bildirirlər.

Qəbilə başçıları bildiriblər ki, tankerlərin "Suriya demokratik qüvvələri" tərəfindən əl-Əmr neft yatağından çıxarılması bölgə əhalisinin hiddətinə səbəb olub.

Diyrəzzur 2017-ci ilin sonlarından İŞİD terrorçularının nəzarətindən çıxdı və Amerika koalisiyasının dəstək verdiyi yarımhərbi qüvvələrin nəzarəti altında keçdi.