Əbubəkr Əlbəğdadiyə aid edilən təsvirlər yayılıb
-
Əbubəkr Əlbəğdadiyə aid edilən təsvirlər yayılıb
Bundan öncə öldürüldüyü barədə xəbərlər yayılmış Əbubəkr Əlbəğdadi illər sonra bir daha bir video filmində görünüb.
İŞİD terror qrupunun başçısı Əbubəkr Əlbəğdadi dünən 2014-cü ildən sonra ilk dəfə olaraq bir videoyazısında zahir olaraq, bəzi sözlər söyləyibdir.
Bu videoyazını İŞİD-in tabeliyində olan "Forqan" müəssisəsi öz teleqram kanalında yayıbdır. Əlbəğdadi üzlərini bürümüş bir neçə İŞİD üzvünün kənarında ağ saqqalda deyib ki, Suriyanın şərqindəki Əlbəğur döyüşü başa çatıb, amma biz düşmənə qarşı üzücü savaş salacağıq.
Hərçənd bu videoyazının qeydə alındığı tarix bəlli deyil, amma Əlbəğdadi bu videoda iddia edibdir ki, Şri-Lankada pasxa bayramı günü törədilmiş partlayışlar İŞİD-in Suriyadakı məğlubiyyətlərinə cavab olaraq, həyata keçirilibdir.