Ərəbistan qırıcıları Sənanı bombaladılar
May 02, 2019 04:55 Asia/Baku
Səudiyyə Ərəbistanı qırıcıları çərşənbə günü axşam Yəmənin paytaxtı Səna şəhərinə hücum ediblər.
İRİB-nin bildirdiyinə görə, Yəmən mənbələri Səudiyyə qırıcılarının hücumlarında Səna hava limanı və paytaxtın şimalında yerləşən Deyləmi hava bazası hədəfə alınıb.
Bəzi mənbələr də paytaxt sənada bir neçə güclü partlayış səsinin eşidilməsindən xəbər veriblər.
Hələ ki, hücum nəticəsində dəyən zərər və ziyan habelə, ehtimal olunan insan tələfatı barədə məlumat verilmir.