37 ərəbistanlı şiənin edam edilməsinə dair Bəsrədə konfrans keçirildi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i339849-37_ərəbistanlı_şiənin_edam_edilməsinə_dair_bəsrədə_konfrans_keçirildi
İraqın Bəsrə şəhərində ictimai qrumlar, qeyri-hökumət təşkilatları və yerli qəbilə başçılarının iştirakı ilə keçirilən konfransda BMT və beynəlxalq insan haqları təşkilatlarından Ali-Səud rejiminin şiələrə qarşı cinayətlərinə dair ciddi ölçünün götürülməsi istənilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 04, 2019 13:28 Asia/Baku
  • 37 ərəbistanlı şiənin edam edilməsinə dair Bəsrədə konfrans keçirildi
    37 ərəbistanlı şiənin edam edilməsinə dair Bəsrədə konfrans keçirildi

İraqın Bəsrə şəhərində ictimai qrumlar, qeyri-hökumət təşkilatları və yerli qəbilə başçılarının iştirakı ilə keçirilən konfransda BMT və beynəlxalq insan haqları təşkilatlarından Ali-Səud rejiminin şiələrə qarşı cinayətlərinə dair ciddi ölçünün götürülməsi istənilib.

İraqın cənubunda, Bəsrə şəhərində Ərəbistanda 37 şiə vətəndaşın edam edilməsi cinayətini pisləmək məqsədilə ictimai konfrans keçirilib. 

Əmin yardım çatdırma cəmiyyətinin sədri Səfa Əmin dedi: Bəsrə qəbilələri və başçıları habelə, Əmin yardım çatdırma cəmiyyəti və Bəsrə sakinləri terrorçu Səudiyyə ailəsi tərəfindən törədilən bu dəhşətli cinayətin araşdırılmasını istəyirlər. 

Bəni Təmim qəbiləsinə mənsub şeyxlərdən biri, Şeyx Əyad Kənan da dedi: Ali Səud bir qrup mömin vətəndaşı edam etməklə böyük bir cinayətə yol verib. Beynəlxalq təşkilatlardan Ərəbistan vətəndaşlarını müdafiə etmək üçün çarə tapmalarını istəyirik. 

Konfrans iştirakçıları Qətiv, Əvamiyə, Əhsa və Mədinə şəhərindən olan şəhid ailələrinin kədərini bölüşərək, öz həmrəyliklərini elan edib və İraqın Xarici İşlər Nazirliyindən Səudiyyə rejimi ilə əlaqələri edamların durdurulacağı və həbsdə olanların azad olunacağı zamana kimi dondurmasını istəyiblər. 

Bəsrə alimlərindən olan Şeyx Misaq Şəmhani də dedi: Bu edamı qınayırıq və Səudiyyə başçılarını deyirik, dəhşətli cinayətə yol vermisniz. 

Hüquq fəallarından olan Heydər Əlcəzairi isə dedi: Xarici İşlər Nazirliyinə nota göndərərək, İraq hökumətindən bu notanı Səudiyyə rejiminə çatdırmasını istəmişik. 

İraqın mərkəzi və cənubunda yerləşən şəhərlər Səudiyyə rejiminin şiələrə qarşı cinayətlərinin durdurulması tələbilə ciddi ictimai fəaliyyətlərin şahididir.