Əmirliklər əl-Fucəyrə limanında dörd gəminin məhv edildiyini etiraf edib
May 13, 2019 08:07 Asia/Baku
Əmirliklərin xarici işlər nazirliyi səud və əmirliklərin medialarının təkziblərinə rəğmən, əl-Fucəyrə limanındakı partlayışlar xəbərini təsdiq edibdir.
Əmirliklərin xarici işlər nazirliyi bildirib ki, bu ölkənin regional suları yaxınlığında dörd gəmi hücuma məruz qalıb.
Bəzi medialar dünən əmirliklərin əl-Fucəyrə limanının daxilində güclü partlayışların baş verməsindən xəbər verdilər.
Bu partlayışların ardınca amerikan və fransız təyyarələr əl-Fucəyrə limanının üzərində uçmağa başlayıblar.
Yanğına düçar olmuş tankerlərin sayı xəbərlərdə yeddi-on ədəd elan olunubdur.