May 28, 2019 15:46 Asia/Baku
  • Neçirvan Barzani İraq Kürdüstanı yerli hakimiyyətinin başçısı seçildi
    Neçirvan Barzani İraq Kürdüstanı yerli hakimiyyətinin başçısı seçildi

İraq Kürdüstanı yerli parlamenti bu gün çərşənbə axşamı Neçirvan Barzanini İraq Kürdüstanı yerli hakimiyyətinin yeni başçısı seçdi.

Bas Nyus-un (basnews) bildirdiyinə görə, İraq Kürdüstanı parlamenti  İraq Kürdüstanı Demokrat Partiyasından Neçirvan Barzaninin 68 lehinə səslə İraq Kürdüstanının yeni sədri seçildiyini bildirdi. Səsvermədə 81 parlament üzvü iştirak edib.

İraq Kürdüstanı Demokrat Partiyası İraq Kürdüstanı parlamentinin 111 yerindən 45-nə malikdir və Neçirvan Barzani bu partiyanın namizədi olaraq təqdim olunmuşdu.

İraq Kürdüstanına rəhbərlik məsələsi İraqdakı kürd partiyalar arasında ən ixtilaflı məsələlərdən biridir. 2015-ci ildə Məsud Barzaninin sədrlik dövrü başa çatdıqdan sonra İraq Kürdüstanı yerli hakimiyyətinə yeni başçı təyin olunmamışdı.

Teqlər