İyun 21, 2019 20:31 Asia/Baku
  • İordaniyada Bəhreyn iclasına qarşı etiraz aksiyası keçirilib

Minlərlə iordaniyalı bu gün cümə namazından sonra paytaxt Əmmanın Əl-Hüseyni məscidinin qarşısından yürüşə başlayaraq ABŞ-ın əsrin sövdələşməsi adlı planına və Manama iclasında öz etirazını bildirib.

Əl-Məyadin xəbər verir ki, aksiyaçılar Fələstinə dəstək verərək Amerikanın Əsrin sövdələşməsi adlı layihəsi və Manamada keçiriləcək sionist-amerikan konfransa qarşı etiraz ediblər.

Bəhreyn iclası sözü gedən planın icrasının ilk mərhələsi hesab olunur və iyunun 25-26-da keçiriləcəyi planlaşdırılıb.

İordaniya xalqı həmçinin sionist rejim ilə bağlanmış Vadi Ərəbə adlı razılaşmasının ləğv edilməsini istəyib və ABŞ-a əsrin sövdələşməsi planını icra etmək imkanı verməyəcəklərini vurğulayıblar.

Teqlər