İyul 04, 2019 11:19 Asia/Baku
  • Malayziya Məsciduləqsada tunelin qazılmasını pisləyib
    Malayziya Məsciduləqsada tunelin qazılmasını pisləyib

Malayziya sionist rejimin işğal olunmuş Qüdsdə yerləşən Məsciduləqsanın cənubunda bir tunelin açılışı ilə bağlı hərəkətini pisləyib.

Malayziyanın xarici işlər naziri Seyfəddin Abdullah sionist rejimin Məsciduləqsanın cənubunda bir tunelin açılışı barədəki hərəkətini pisləyərək, vurğulayıb ki, birtərəfli hərəkətlər heç bir vəchlə qəbulediləsi deyildir.

Seyfəddin Abdullah deyib ki, ölkəsi daim fələstinlilərin kənarında olacaq və onların hüquqlarını müdafiə edəcəkdir.

Sionist rejim ötən bazar günü Qüdsün yəhudiləşdirilməsi istiqamətindəki ən yeni hərəkətində Məsciduləqsanın cənubunda yerləşən Səlvan məhəlləsində "Təriq Əlhuccac" adlı bir tunel açıbdır.

Teqlər