"Qayıdış haqqı" yürüşünün 66-cı cüməsində 55 yaralı
-
"Qayıdış haqqı" yürüşünün 66-cı cüməsində 55 yaralı
Fələstin səhiyyə nazirliyi dünən gecə bildirib ki, Qəzzə zolağında keçirilən böyük "Qayıdış haqqı" yürüşünün 66-cı cüməsində azı 55 fələstinli yaralanıb.
Dünən keçirilən "Qayıdış haqqı" yürüşü "Nə müzakirə, nə sülh və nə sionist rejimin rəsmən tanınması!" şüarı altında təşkil olunubdur.
Sionist rejim hərbçiləri fələstinli aksiyaçıların yatırılımaları gedişində fələstinlilərə qarşı hərbi güllələr atmaqdan əlavə, gözyaşardıcı və zəhərli qazdan istifadə ediblər.
Dinc mahiyyətli Qayıdış haqqı yürüşü "Yer günü" münasibətilə 2018-ci il martın 30-da Qəzzə zolağında başlayaraq, indi də keçirilməkdədir.
2018-ci il martın 30-dan bu günədək bu aksiyalarda 310-dan yuxarı fələstinli sionist hərbçilərin gülləsinə tuş gələrək şəhid olub və azı 31 min fələstinli də yaralanıbdır.
Bir çox ölkələr o sıradan İran İslam Respublikası, eləcə də beynəlxalq təşkilatlar sionistlərin bu cinayətini pisləyiblər.
Fələstinlilərin "yer günü"nün ildönümündə hər il keçirilən yürüşü sionist rejimin 1976-cı il martın otuzunda fələstinlilərin ərazilərinin müsadirəsi sahəsindəki qərarını xatırladır.
Sionist rejim fələstinlilərin ərazilərini müsadirə edib, orada sionistsakinli qəsəbələr tikməklə fələstinli məntəqələrin coğrafi quruluşunu dəyişdirmək və bu məntəqələrə sionist görkəm vermək niyyətindədir ki, fələstinli məntəqələr üzərindəki hökmranlığını təsbit etmiş olsun.